A

“EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində UNEC-də “Sahibkarlıq və KOM: Biznesin əsasları” üzrə növbəti Yaz Məktəbinə start verilib.

Yaz məktəbi aprelin 15-dən 19-dək davam edəcək. UNEC və Siegen Universitetinin magistrlərinin iştirak etdiyi dərsləri Siegen Universitenin professoru Petra Muq (Petra Moog) aparacaq. Yaz məktəbi çərçivəsində magistrlər öz təcrübə və biliklərini bölüşəcək, Azərbaycan iqtisadiyyatındakı son tendensiyalar haqqında məlumat almaq üçün biznes təşkilat və qurumlarının rəhbər və mütəxəssisləri ilə görüşəcəklər. Alman magistrləri ölkənin nüfuzlu istehsal müəssisələrinin fəaliyyəti ilə yaxindan taniş olmaq məqsədi ilə onlar üçün ekskursiyalar təşkil olunacaq.

“EE-KEY-AZ” layihəsi çərçivəsində UNEC və Siegen Universitetinin alimləri və müəllimlərinin iştirakı ilə 16 aprel saat 14.00-da “Kiçik və orta sahibkarlıq və biznes mühiti” mövzusunda dəyirmi masa təşkil olunacaq. Tədbirin məqsədi biznes və ali təhsil mühitinin bir araya gətirilməsi, ailə biznes sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi və şəbəkənin yaradılmasıdır.

Yaz məktəbinin sonunda Siegen və UNEC tələbələri bir ay ərzində hazırlayacaqları biznesin planların nəticələrinə əsasən qiymətləndiriləcək və kreditlər əldə edəcəklər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR