A

İcrasına start verilmiş ”UNEC-100” İnkişaf Strategiyası çərçivəsində UNEC-in elmi-tədqiqat universitetinə transformasiyası istiqamətində bir sıra ciddi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Bu tədbirlər sırasına xarici dillərin, o cümlədən, ingilis dilinin tədrisində tamamilə yeni, ən müasir beynəlxalq təcrübəyə uyğun yanaşmaların tətbiq edilməsi daxildir.

Universiteti beynəlxalq arenaya çıxara biləcək, müxtəlif dillərdə araşdırma apara bilən yüksək ixtisaslı iqtisadçı tələbə və gənc tədqiqatçılar yetişdirmək, bu sahədə potensialı artırmaq məqsədilə UNEC rektoru, professor Ədalət Muradov “Xarici Dillər” kafedrasına ingilis dilinin tədrisinin təkmilləşdirilməsi ilə bağlı kafedranın strateji inkişaf layihəsinin hazırlanması tapşırığını vermişdir. Bakalavr, magistr və gənc tədqiqatçı alimlərin xarici dil səviyyələrini artırmaq məqsədi ilə universitetin Tədris və təlim texnologiyaları üzrə prorektoru, dos. Anar Rzayev və “Xarici Dillər” kafedrasının müdir əvəzi, prof. Afət Abbasovanın rəhbərliyi altında müvafiq strateji layihə işlənib hazırlanmışdır.

Bu layihə konseptual və praktiki cəhətdən tamamilə yeni sillabusları, kökündən yeni yanaşmanı nəzərdə tutan tədris planlarının hazırlanmasını, dilin tədrisi keyfiyyətini daha da artırmaq məqsədilə dərs saatlarının artırılması müxtəlif seminar və müzakirələrin keçirilməsini, həmçinin ingilis dili dərslərinin keyfiyyətinin ölçülməsi məqsədilə tələbələr arasında anonim sorğunun keçirilməsini özündə ehtiva edir. Tədbirlər planı dinləmə, danışıq, oxu və yazı bacarıqlarının inkişafına hədəflənmiş addımların atılmasını nəzərdə tutulur. Hər iki semestrdə tələbələrin dil bilikləri “Dinləmə”, “Oxu” və “Yazı” (Listening, Reading, Writing) IELTS formatında kollokvium və imtahan vasitəsilə qiymətləndiriləcək. Bundan başqa tələbələrin dinləmə və anlama qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə universitetin hər binasında linqafon kabinetlərin quraşdırılması nəzərdə tutulub.

Mübadilə proqramlarının genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübədən istifadə üçün videokonfransların, səfərlərin, tədbirlərin, birgə layihələrin həyata keçirilməsi, müəllimlərin ERASMUS+, Mevlanə, Fulbright və bu kimi proqramlarda iştirak etməsi də nəzərdə tutulmuşdur. Layihənin daha bir innovativ ideyası, bir korpus çərçivəsində tələbə mobilliyinin təşkili (tələbələrin istəklərinə uyğun olaraq digər fakültələrdə dil müəllimlərinin dərslərində iştirakı) tələbələr arasında artıq boyük marağa səbəb olmuşdur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR