- Aprelin 6-dan bakalavr və magistrər üçün bütün dərslər evdən davam etdiriləcək.

- Aprel ayının sonuna kimi sərbəst işlərin yazılması müvəqqəti olaraq dayandılıb.

- Tələbələrin biliyinin qiymətləndirilməsi (imtahanlar) mövcud şərait nəzərə alınaraq təşkil olunacaq.

- “Coursera for Campus” və ACCA sertifikatlarını əldə edən tələbələrin müfaviq fənlər üzrə biliyinin qiymətləndirilməsi ilə bağlı qaydalar ən qısa vaxtda tələbələrin şəxsi kabinetlərinə göndəriləcək. 

- Qiyabi təhsil alan yuxarı kurs tələbələrinin kəsr imtahanları distant təşkil olunacaq.

- Web of Science və ya Scopusda indeksləşmiş mənbədə tək müəllifliyilə məqaləsi və ya konfrans tezisi çap olunan UNEC bakalavrları Yekun Dövlət Attestasiyasından azad olunacaq.

- UNEC magistrinin tək müəllifliyilə, dissertasiya mövzusuna uyğun mövzuda və impaktı 0.5-dən az olmayan Web of Science və ya Scopusda indeksləşmiş mənbədə çap olunan məqaləsi magistr dissertasiyasının müdafiəsi kimi qəbul ediləcək.

TOP XƏBƏRLƏR