A

UNEC-də bakalavar və magistratura səviyyəsi üzrə imtahanların distant təşkili, sərbəst işlərin qəbulu və qiymətləndirilməsi, tələbələrin dərsə davamiyyəti və dərslərin keyfiyyəti ilə bağlı onlayn müzakirələr aparılıb.

UNEC-in rektoru, professor Ədalət Muradov və fakültə dekanlarının iştirakı ilə keçirilən müzakirələrdə sərbəst işlərin onlayn qəbulu və qiymətləndirilməsi ilə bağlı qaydaların hazırlandığı və texniki təminat işlərinin başa çatdığı bildirilib. Sərbəst işlərin mövzularının tamamlanması məsələsinin semestrin sonuna qədər təmin olunacağı qeyd edilib.

İclasda imtahan sessiyasının distant təşkili ilə bağlı müzakirələr aparılaraq, müvafiq təkliflərin hazırlanıb Təhsil Nazirliyinə təqdim olunacağı deyilib. Tələbələrin distant dərslərdə davamiyyətinin və Coursera kurslarında iştirakının yüksəldilməsi üçün motivasiya tədbirlərinin hazırlanması barədə tapşırılaq verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay