A

Aprelin 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ABŞ-ın professoru, İndiana ştatında çalışan biznesin inkişafı üzrə məsləhətçi və eksperti, xanım Mary Kaczkanın mühazirəsi keçirilib.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH Qruplarında təhsil alan 2 və 3-cü kurs tələbələri üçün təşkil edilən təqdimatda kreativlik və innovasiya barəsində praktiki biliklər paylaşılıb.Mary Kaczka iş mühitində kreativliyi stimullaşdıran texnikalardan, effektiv sahibkarlıq fəaliyyətinin baza prinsiplərindən danışıb. Amerikalı professor çıxışı zamanı ABŞ-da kreativliyin və innovasiyanın təkmilləşməsində sosial-iqtisadi mühitin təsirini xüsusilə vurğulayıb.Qarşılıqlı diskusiya formasında keçirilən görüşdə məruzəçi tələbələrin innovasiyanın tətbiqi və inkişaf etdirilməsi ilə bağlı suallarını ətraflı cavablandırıb.M.Kaczka səfəri ərəfəsində UNEC-in Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Anar Kazımovla keçirdiyi görüşdə xarici təcrübənin öyrənilməsi, beynəlxalq əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay