A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyə Respublikasının Universitetləri arasında imzalanan proqram protokolları əsasında həyata keçirilən “Mövlanə Mübadilə Proqramı” çərçivəsində 2016-2017-ci tədris ilində professor-müəllim və tələbə mübadiləsi üçün nəticələr elan edilib.Nəticələrə əsasən, bu il UNEC-in 22 tələbəsi bu proqram çərçivəsində Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Yıldız Texnik Universiteti, Səlcuk Universiteti, Anadolu Universiteti, İzmir Katip Çelebi Universiteti, Gazi Universiteti, Sakarya Universiteti, Kastamonu Universitetlərində təhsil almağa hüququ qazanıblar. Həmçinin bu il ötən illərə nisbətən Türkiyənin müxtəlif universitetlərindən proqram çərçivəsində UNEC-ə gələcək tələbələrin sayında da artım olub. Belə ki, bu il 11 tələbə UNEC-in tədris prosesində iştirak edəcək.Eyni zamanda proqram çərçivəsində UNEC-in 6 müəllimi uğurlu nəticə göstərərək təcrübə keçmək üçün İstanbul Universiteti, Səlcuk Universiteti, Akdeniz Universiteti və Sakarya Universitetindən dəvət alıb.Mübadilə proqramında iştirak edən müəllim və tələbələrin bütün xərcləri YÖK (Yüksek Öğretim Kurulu Başkanlığı) tərəfindən ödəniləcək.Proqramı uğurla başa vuran müəllim və tələbələrə sonda “Mövlanə Mübadilə Proqramının” sertifikatları təqdim ediləcək. Tələbələrin əldə etdikləri kreditlər UNEC tərəfindən müvafiq qaydada tanınacaq.Qeyd edək ki, Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən və türkdilli ölkələrin ali təhsil müəssisələri arasında professor-müəllim və tələbə mübadiləsinin həyata keçirilməsini nəzərdə tutan “Mövlanə Mübadilə Proqramın” da UNEC son iki ildə fəal iştirak edir. “Mövlanə Mübadilə Proqramı” UNEC tələbələri və professor-müəllim heyəti üçün Türkiyənin qabaqcıl universitetlərində təhsil almaq və təcrübə keçmək imkanı təqdim edir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay