A

Avqustun 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov “Erasmus+”, “Mövlanə” və ikili diplom mübadilə proqramları çərçivəsində Avropa və Türkiyə universitetlərində təhsillərini davam etdirəcək UNEC tələbələri ilə görüşüb.

Rektor tələbələri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb və tövsiyələrini verib. Mübadilə proqramlarının əhəmiyyətindən danışan rektor bildirib ki, burada əsas məqsəd yüksək keyfiyyətli təhsilin və beynəlxalq təcrübənin öyrənilməsidir.

Tələbələrin Azərbaycanı təhsil alacaqları ölkədə layiqincə təmsil edəcəklərinə əmin olduğunu bildirən rektor, onlara həmin ölkələrin tarixini, mədəniyyətini öyrənməyi də tövsiyə edib. Eləcə də sosial tədbirlərdə aktiv iştirak etməyə çağırıb.Tələbələr xaricdə təhsil üçün onlara yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.Sonra tələbələrlə xatirə şəkili çəkilib.

Qeyd edək ki, 2016-2017-ci tədris ilinin payız semestrində beynəlxalq mübadilə proqramları çərçivəsində UNEC-in 28 tələbəsi Fransa, Türkiyə, Rumıniya, Niderland, Cənubi Koreya və Polşanın aparıcı universitetlərində təhsillərini davam etdirəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay