A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin nüfuzlu Süleyman Dəmirəl universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Hər iki universitet arasında mövcüd və gələcək əməkdaşlıq imkanları, xüsusən bakalavr, magistratura və doktorantura pillələri üzrə ikili diplom proqramlarının və distant təhsilin inkişaf etdirilməsi üzrə bazanın yaradılması istiqamətində birgə işlərin aparılması tədbirin əsas müzakirə mövzusu olub.

UNEC rektoru, professor Ədalət Muradov Süleyman Dəmirəl Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu və bu əlaqələrin daha da genişlənməsi üçün İqtisad Universitetində bütün imkanların yaradıldığını bildirib. Ə.Muradov elmi tədqiqatların, ortaq araşdırmaların aparılmasının və birgə kitabların çapının hər iki ali məktəb üçün əhəmiyyət kəsb edəcəyini qeyd edib.

UNEC-lə əməkdaşlıqdan məmnun olduğunu bildirən Süleyman Dəmirəl Universitetinin İqtisad fakultəsinin dekanı, professor Dr. Murat Okçu İqtisad Universitetinin ev sahibliyi etdiyi“Beynəlxalq iqtisadi və inzibati perspektivlər: Yeni regional baxışlar” mövzusunda beynəlxalq konfransın universitetlər arasında əlaqələrin qurulmasında mühüm rol oynadığını deyib.

UNEC-də həyata keçirilən “Lider müəllim-Lider universitet” layihəsində qalib olacaq müəllimin  Süleyman Dəmirəl Universitetinə ezam edilməsinə dair rektor Ə. Muradovun təklifi professor Dr. Murat Okçu tərəfindən müsbət dəyərləndirilib.

Sonda UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında magistratura pilləsində ikili diplom razılaşması əldə edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR