Almaniyanın Siegen Universitetinin professoru Petra Moog Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) Siegen Universitetinin birgə reallaşdırdığı “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsindən danışıb. Siegen Universitetinin rəsmi saytına (http://www.uni-siegen.de) bu haqda danışan xanım Petra Moog qeyd edib ki, yeni layihə həm iqtisadi, həm də elmi baxımdan çox maraqlı işdir. Onun sözlərinə görə, layihənin ilk mərhələsində UNEC-in müəllim və tələbələri Siegen universitetində təşkil edilən Qış Məktəbində (Winter School) iştirak ediblər. Petra Moog əlavə edib ki, “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərivəsində tələbələr fərqli məkanda bilik və bacarıqlarını artıra biləcəklər və bu layihə gələcək əmakdaşlıq üçün yeni imkanlar açacaq
Professor Petra Moog: “EE-KEY-AZ çərçivəsində tələbələr fərqli məkanda bilik və bacarıqlarını artıra biləcəklər”
