A

Ümumrusiya Kiçik və Orta Sahibkarlığa Dəstək İctimai Təşkilatının vitse prezidenti, Tümen vilayət Dumasının deputatı, Tümen İndustrial Universitetinin müəllimi Omarov Eduard Zakiroviç Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisadiyyat Məktəbində  seminarla çıxış edib. Tələbələr “Biznesdə uğurun yolu” mövzusunda keçən seminarı maraqla qarşılayıblar.

Eduard Omarov seminarda uğur nədir, uğurun formulu, uğurlu insanların xüsusiyyətləri barədə danışıb. Bir qrup insanların uğurlu, digərlərinin isə uğursuz olması haqda tələbələrlə fikir mübadiləsi aparıb. Tələbələrə təcrübəsini paylaşmaqla yanaşı, praktiki məsləhətlər verən E.Omarov, daxili motivasiya və stimullaşdırmadan da söz açıb.E.Omarov Rus İqtisadiyyat Məktəbinin “Lider tələbə” layihəsində iştirak edən tələbələrin iş həyatında uğura nail olmağın sirləri ilə bağlı suallarını cavablandırıb. Tələbələrdən ən maraqlı sual müəllifinə - Emiliya Bayramovaya mükafat olaraq öz kitabını hədiyyə edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR