A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professorları Rusiya Federasiyası Höküməti yanında Maliyyə Universitetində keçirilən III Beynəlxalq Forumda iştirak ediblər.

“Maliyyə, pul, kredit, bank: artım və ya risk mənbəyidir” mövzusuna həsr olunan forumda Elm şöbəsinin  müdiri, professor Zahid Məmmədov  və “Mühasibat uçotu və audit”  kafedrasının müdiri, professor Sifariz Səbzəliyev  məruzə ilə çıxış ediblər.

Forum çərçivəsində UNEC nümayəndələri Thomson Reuters şirkətinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Oleq Utkinlə görüşüblər. Görüşdə UNEC-də may ayındabirgə keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransınproqramı, tədbirlər planı və məruzəçilərin iştirakıgeniş şəkildə müzakirə edilib.Professor Zahid Məmmədov Sankt Peterburq Hökümətinin Elm və Ali məktəb üzrə Komitəsinin təşkil etdiyi “XXI əsrdə peşəkar Təhsil, Elm və İnnovasiyalar” konqresi çərçivəsində UNEC-də beynəlxalq əməkdaşlıq kontekstində akademik və elmi işin təşkilinin səmərəliliyi mövzusunda məruzə ilə də çıxış edib.Maraqla dinlənilən məruzədən sonra UNEC professoru sualları cavablandırıb. Konqres zamanı Rusiyanın nüfuzlu universitetləri ilə ikili diplomların müzakirəsi də aparılıb.

Forumun son günündə UNEC alimləri Smolnidə keçirilən konqresin yekun iclasında iştirak ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR