A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimləri 26-cı Beynəlxalq Sülh Tədqiqatları (IPRA) konfransında iştirak edib. Afrikanın Sierra Leonenin Respublikasının Fritaun şəhərində keçirilən konfrans Northumbria Universiteti (Böyük Britaniya) və Sakarya Universiteti (Türkiyə) ilə birgə təşkil edilib.

Dayanıqlı inkişaf mövzusuna həsr olunan konfransda UNEC-in Türk Dünyası İşlətmə Fakültəsinin dekanı, dosent Fərruh Tuzcuoğlu  “Türkiyədə ekoloji problemlərdə QHT-nin siyasəti” (The role of NGOs in the information of environmental policy in Turkey”,  İqtisadiyyat və işlətmə kafedrasının müdiri, dosent Fariz Əhmədov  isə “Müstəqil Türk Respublikalarında iqtisadi artım və inkişaf problemləri” (The problems of economic growth and development in independent Turkish Republic) mövzusunda məruzə ilə çıxış ediblər.

Beş gün davam edən beynəlxalq konqresdə dünyanın 60-dan çox ölkəsindən 300-ə yaxın tanınmış alim iştirak edib. Konfransın ümumi yığıncağında UNEC alimləri Beynəlxalq Sülh Tədqiqatları Assosiasiyasına üzv seçilərək, səsvermə hüququ qazanıblar.

Qeyd:

Beynəlxalq Sülh Tədqiqatları Assosiasiyası 1964-cü ildə yaranıb. Assosiasiyaya dünyada iki mindən artıq elm adamı üzvdür və beş əsas mərkəzlə (Amerika, Avropa, Asiya, Afrika, Avstraliya) fəaliyyət göstərir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR