A

Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Şubenkova Radio UNEC-in qonağı olub. UNEC-in Rus İqtisadiyyat Məktəbinin dekan müavini, “Beynəlxalq münasibətlər” kafedrasının dosenti Anar Eyyubovun qonağı olan Y.Şubenkova “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfrans barədə təəssüratlarını bölüşüb.

Konfransın ikinci günündə UNEC-lə tanış olmaq imkanı əldə etdiyini bildirən qonaq universitet haqqında da danışıb. UNEC-də tətbiq edilən Elektron Universitet Modeli, differensial əməkhaqqı sistemi barədə müsbət rəylərini bildirib.

Y.Şubenkova UNEC-də imtahan sessiyasının gedişi ilə də tanış olduğunu qeyd edib. Mərkəzləşmiş test imtahan sistemini çox şəffaf və obyektiv hesab edən qonaq, UNEC təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb. 

Verilişin videogörüntüsünü təqdim edirik.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR