A

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə təhsil məsələləri meneceri Christian Aedo və təhsil məsələləri üzrə baş mütəxəssisi Jason Allen Wiever UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüb.UNEC barədə ətraflı məlumat verən Ə.Muradov hədəfin dünya səviyyəli universitetlər sırasında qərarlaşmaq olan UNEC-in beynəlxalq əməkdaşlığına xüsusi diqqət çəkərək, dünyanın nüfuzlu ali məktəblərilə əməkdaşlığından danışıb. Nümayəndə heyətinə Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramları barədə geniş məlumat verilib.Rektor  universitetdə reallaşdırılan layihələr haqda, xüsusən “Elektron Universitet” modeli, “Differensial əmək haqqı sistemi”, yeni yaradılan Beynəlxalq İqtisadiyyat Məktəbi, UNEC Biznes Məktəbinin fəaliyyəti barədə qonaqları məlumatlandırıb.

Gəlişlərinin səbəbinin Azərbaycanın  ali təhsil sistemindəki prioritetləri öyrənmək və universitetlərin ehtiyacları haqda məlumat əldə etmək olduğunu qeyd edən Dünya Bankının meneceri Christian Aedo və  təhsil məsələləri üzrə baş mütəxəssis  Jason Allen Wiever UNEC-də həyata keçirilən layihələri, xüsusən tədrisinin elektornlaşırılması, xaricdə təhsil alan gənc mütəxəssislərin universitetə cəlb edilməsi, differensial əməkhaqqı sisteminin tətbiqini yüksək qiymətləndiriblər.

Sonda Dünya Bankının UNEC-in inkişaf strategiyasına dəstəyi məsələsi də geniş müzakirə mövzusu olub. Həmçinin universitetin bankın təhsil sahəsində  nəşrlərinə çıxış əldə etmək imkanları, UNEC-in beynəlaxlq təhsil və tədqiqat layihələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay