A

Bakıda səfərdə olan Polşa Respublikası Varşava şəhəri Praqa Poludni (Cənubi Praqa) rayonunun meri Burmistri Tomaş Kuxarskinin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

Qonaqlar UNEC-də həyata keçirilən yeniliklərlə, xüsusənBeynəlxalq İqtisadiyyat MəktəbiSABAH qruplarıUNEC Biznes Məktəbiİnnovativ Biznes İnkubatoru kitabxana, Radio UNEC və universitet şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi ilə tanış olublar.

UNEC-in rektoru, professor  Ədalət Muradov nümayəndə heyətinə Cənubi Qafqazın ən böyük iqtisadyünümlü universiteti barədə geniş məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışaraq, UNEC-in Polşa universitetləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb .

UNEC-də olmaqdan məmnunluqlarını ifadə edən Polşalı qonaqlar Azərbaycanın ali təhsil sistemində, o cümlədən bu universitetdə  tətbiq edilən yenilikləri müsbət qiymətləndiriblər. Polşa tərəfinin bu ölkə ilə, eyni zamanda UNEC-lə gələcək əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verdiklərini vurğulayıblar.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR