A

UNEC-də Polşanın Poznan İqtisad və Biznes Universitetinin (Poznan University of Economics and Business) professorlarının mühazirələrinə start verilib. Polşanın nüfuzlu universitetinin üç professoru – Konrad Jan Sobanski, Michal Konopczynski və Sylwester Bialowas UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qruplarında dərs deyəcəklər. Onlar dünya iqtisadiyyatı, maliyyə və biznesin idarəedilməsi ixtisası üzrə təhsil alan tələbələrə risklərin idarə edilməsi, fyuçers və opsion müqavilələri, valyuta törəmələri, valyuta bazarının konvensiya və əməliyyatları mövzusunda mühazirə oxuyacaqlar.Erasmus+ mübadilə proqramı çərçivəsində həyata keçirilən layihə bir həftə davam edəcək.

Qeyd edək ki, mübadilə proqramı çərçivəsində martın 6-dan 11-dək UNEC-in iki müəllimi –İnara Rzayeva və Sevər Məmmədova Poznan İqtisad və Biznes Universitetində mühazirə oxuyublar. Aprel ayında isə UNEC-in 4 professoru sözügedən universitetdə iqtisadiyyat və riyaziyyat fənlərini tədris etməyə dəvət ediliblər.

Qeyd:1926-cı ildə yaradılan Poznan İqtisad və Biznes Universiteti Polşanın ən qədim və nüfuzlu iqtisadyönümlü universitetlərdən biridir. Bu ali təhsil ocağı Polşada ən reytrinqli universitet sayılır. Məktəbin nüfuzu dünyanın tədris idarəetmə təhsil metodları, iqtisadiyyat, eləcə də biznes istiqamətləri üzrə son ideyalara uyğun, yüksək təhsil standartları əsasında yaradılıb. Güclü təhsil bazası olan universitet iş dünyası ilə sıx əməkdaşlıq edir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR