A

UNEC-in Beynəlxalq Əlaqələr Departamentinin direktoru Anar Kazımov pedaqoji fəaliyyətlərinə İqtisad Universitetində davam edən Polşanın Poznan İqtisad və Biznes Universitetinin (Poznan University of Economics and Business) professorları ilə görüşüb.

Polşanın nüfuzlu universitetinin üç professoru – Konrad Jan Sobanski, Michal Konopczynski və Sylwester Bialowas UNEC-də olmaqdan məmnunluq ifadə ediblər. Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-in güclü təhsil bazasına malik olmaqla yanaşı, savadlı və bacarıqlı kadr hazırlığı həyata keçirdiyini diqqətə çatdırıblar: “Müşahidələrimiz onu deməyə əsas verir ki, UNEC tələbələri bilik əldə etməyə çox maraqlıdırlar. Eyni zamanda, mənimsəmə qabiliyyətləri də yüksəkdir. Bir sözlə, UNEC tələbələrinə mühazirə oxumaq böyük zövqdür”.

A.Kazımov Erasmus+ mübadilə proqramı çərçivəsində polşalı professorların UNEC-də, UNEC professorlarının isə Polşanın Poznan İqtisad və Biznes Universitetində mühazirələrinin davamlı olacağını bildirib. Mübadilə proqramının uğurla davam etdiyini qeyd edən departament direktoru ötən həftə ərzində UNEC-in iki müəlliminin sözügedən universitetdə dünya iqtisadiyyatı və marketinq fənlərindən dərs keçdiklərini bildirib. Eyni zamanda, aprel ayında UNEC-in 4 professorunun da polşalı tələbələrə iqtisadiyyat və riyaziyyat fənlərini tədris edəcəklərini diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay