A

ABŞ-ın Corctaun Universitetinin professoru Sem Potolliçio UNEC-in Rus İqtisadiyyat Məktəbində olub.

Universitetlə tanış olduqdan sonra ABŞ professoru UNEC tələbələrinə mühazirə oxuyub. Professor “Liderliyin dəyişən siması” adlı mühazirəsində müasir dövrdə liderlik keyfiyyətlərinin dəyişən xarakteristikasından və bu məsələdə müasir texnologiyaların rolundan bəhs edib. Tələbələrin marağına səbəb olan statistik göstəriciləri açıqlayan Sem Poyolliçio tələbələri maraqlandıran sualları da cavablandırıb.

Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfirliyinin təhsil lahiyələri üzrə koordinatoru Ramina Mürşüdova tələbələrin marağını nəzərə alaraq, Amerikanın nüfuzlu alimləri, elm adamları ilə mütəmadi görüşlərin təşkil ediləcəyini bildirib.

Qeyd edək ki, amerikalı professorun Rus İqtisadiyyat Məktəbində mühazirə oxumasının təşəbbüskarı UNEC-in Gənc Diplomatlar Klubudur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay