A

“EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində aprelin 17-dən 21-dək UNEC-də təşkil olunan “Sahibkarlıq və KOM: Biznesin əsasları” mövzusundakı Yaz Məktəbinində iştirak edən Almaniyanın Siegen Universitetinin və UNEC-in müəllim və magistrlərindən ibarət nümayəndə heyəti Azərsun Holdinqin Yağ zavodunda ekskursiyada olublar.

Ekskurisiyada Azərsun Holdinqin nümayəndə heyəti qonaqlara yağ zavodunun fəaliyyəti haqqında ətraflı məlumat verib, istehsal prosesini yaxından izləməyə dəvət edib. Eyni zamanda istehsal çeşid və nümunələri ilə tanış edib. Alman müəllimləri və tələbələri istehsal prosesinin yüksək səviyyədə və mükəmməl şəkildə təşkil olunduğunu, dünya standartları və normalara uyğun şəkildə aparıldığını bildiriblər.

Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb və Azərsun Holdinqin xüsusi hədiyələri təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay