A

2016/2017-ci tədris ilində UNEC Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində Avropanın 12 universiteti, Türkiyə Respublikası Hökumətinin maliyyələşdirdiyi “Mevlana” proqramı üzrə isə qardaş ölkənin 40-dan artıq ali təhsil müəssisəsi ilə tələbə və müəllim mübadiləsi imkanları təklif edir.

Son dörd ildə UNEC-də təqdim olunan beynəlxalq mübadilə proqramlarında iştirak hüququ qazanan tələbələrin sayı 6 dəfəyə yaxın, müəllimlərin sayı isə 4 dəfədən çox artıb.

Cari tədris ilində UNEC-in ümumilikdə 72 tələbəsi mübadilə proqramlarından faydalanmaq hüququ qazanıb. Bu, 2013/2014-cü tədris ilindəki müvafiq göstəricidən 4 dəfə çoxdur. Onlardan 28 tələbə “Erasmus+” proqramı çərçivəsində Böyük Britaniyanın Lester Universiteti, Rumıniyanın Babeş-Bolyai Universiteti, Türkiyənin Anadolu və Orta Doğu Texniki Universitetləri, Fransanın CEFAM və Montpellier Universitetləri, Niderlandın Vrije Amsterdam Universiteti, Polşanın Lodz Universiteti və Litvanın Mikolos Romeris Universitetində bir və ya iki semester təhsil almaq üçün seçilib. İlk dəfə olaraq, “Erasmus+” proqramı çərçivəsində Almaniya, Rumıniya və Türkiyədən olan 6 tələbə UNEC-də bir semester təhsil alıb.

“Mevlana” proqramı çərçivəsində Türkiyənin YÖK (Yüksek Öğretim Kurulu) təqaüdünü qazanan 7 UNEC tələbəsi Gazi, Sakarya, Anadolu, İstanbul Aydın və İzmir Katip Çelebi Universitetlərində mübadilədə iştirak edib. Bu tələbələrdən 6-sı bakalavriat, 1-i isə magistratura səviyyəsində təhsil alır. Eyni zamanda, “Mevlana” proqramı çərçivəsində İstanbul Universitetinin 1 tələbəsi UNEC-də bir semester təhsil alıb.

“Erasmus+” proqramı çərçivəsində UNEC-in 21 professor, müəllim və inzibati heyət üzvü Fransanın CEFAM Universitetində, Polşanın Poznan İqtisad və Biznes Universitetində, Türkiyənin Anadolu Universitetində, Rumıniyanın Babes-Bolyai Universitetində və Macarıstanın Dunaújváros Universitetində mühazirələr oxumaq və təcrübə mübadiləsində iştirak etmək üçün dəvət alıb. Bu, UNEC tarixində rekord göstəricidir.

Cari tədris ilində, “Erasmus+” proqramı çərçivəsində Fransanın CEFAM və Montpellier Universitetlərinin, Polşanın Poznan İqtisad və Biznes Universitetinin, Macarıstanın Dunaújváros Universitetinin və

Litvanın Mikolos Romeris Universitetinin 10 professor, müəllim və inzibati heyət üzvü UNEC-də mübadilədə iştirak edib. Onlar çoxsaylı mühazirələr oxumaqla UNEC-in tədris prosesinə aktiv qoşulmuş, UNEC müəllim, tələbə və inzibati heyət üzvlərinin iştirak etdiyi dəyirmi masalara qatılmışlar. Ümumilikdə, son iki il ərzində “Erasmus+” proqramı çərçivəsində Avropanın müxtəlif ölkələrinin 20-dən artıq əməkdaşı UNEC-də “qonaq professor” qismində səfərdə olub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay