A

Macarıstanın Dunaujvaros Universitetinin professoru Corc Aqoston (György Ágoston) UNEC-də olub.

Beynəlxalq İqtisadiyyat Məktəbi ilə SABAH Qrupunun tələbələri ilə görüşən professor Avropa İttifaqinin maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində UNEC-ə ikinci səfəri olduğunu bildirib: “İlk dəfə ötən tədris ilində UNEC-də olmuşam. Tələbələrin bilik səviyyəsi ilə yanaşı, özündə Azərbaycan tarixinin bir dövrünü əks etdirən bu tədris binasına da heyran olmuşdum. Ümumilikdə isə Azərbaycanı o qədər bəyəndim ki, ikinci səfərimdə Bakıya ailəmlə gəlmişəm. Bu möhtəşəmliyi onların da görməsini istəyirəm”.

C.Aqoston Macarıstanın Texnologiya və İqtisadiyyat Universitetinin layihələr üzrə eksperti olan həyat yoldaşı Qabriela Dombi (Gabriella Dombi) və iki azyaşlı övladı ilə UNEC ərazisində infoturda olub. Qonaqlara UNEC-in əsas tədris binasının yerləşdiyi tarixi məkan haqqında ətraflı məlumat verilib. UNEC-də həyata keçirilən yeniliklərdən söz açılıb. UNEC-də fəaliyyət göstərən azad kitabxana, azad internet zonası, Radio UNEC C.Aqostonun xüsusi marağına səbəb olub.

Qeyd: UNEC-lə Dunaujvaros Universiteti arasında birgə elmi təqdiqat işlərinin aparılması və beynəlxalq əməkdaşlıq məqsədilə Erasmus + müəllim mübadilə proqramı çərçivəsində müqavilə imzalanıb. Müqaviləyə əsasən, UNEC-in müəllimləri də mübadilə proqramı çərçivəsində Dunaujvaros Universitetində dərs deyirlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay