A

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin və daxili audit şöbəsinin mütəxəssisləri Gülşən Vəliyeva, Afaq Məmmədova Slovakiyanın Pan-European Universitetinə səfər ediblər.

“Erasmus+” proqramı çərçivəsində baş tutan səfərin əsas məqsədi həmin universitetin beynəlxalq əlaqələr sahəsindəki təcrübəni əldə etmək və daxili audit fəaliyyəti ilə yaxından tanış olmaq olub. Gülşən Vəliyeva və Afaq Məmmədova görüşlərdə UNEC-dəki yeniliklərdən danışaraq, universitetin beynəlxalq əməkdaşlıq və audit sahəsində əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib.

UNEC-də reallaşdırılan layihələri yüksək qiymətləndirən Pan-European Universitetinin mütəxəsisləri universitetlər arasında əlaqələrin artırılması, xüsusən ikili diplom proqramını həyata keçirmək istəklərini ifadə ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR