A

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin  mütəxəssisi Aysel Musayeva Montpellier Universitetinin mübadilə proqramında iştirak edib. Səfər “Erasmus+” mübadilə proqramı çərçivəsində baş tutub.UNEC nümayəndəsi universitetin beynəlxalq layihələrilə yaxından tanış olaraq, bu sahədə hər iki universitet arasında gələcək əməkdaşlıq imkanlarına dair Montpellier Universitetindən olan həmkarlarıyla fikir mübadiləsi aparıb. Eyni zamanda UNEC-in beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər haqda ətraflı məlumat verib.UNEC Fransanın nüfuzlu ali məktəbi ilə müəllim-tələbə mübadiləsi və digər sahələrdə əməkdaşlığı daha da genişləndirir.

London Universiteti/London İqtisadiyyat Məktəbi