A

Avropa ali təhsil məkanının tələblərinə uyğun olaraq, Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması və inkişaf etdirilməsi – “NİZAMİ” Erasmus+ layihəsi çərçivəsində Çexiyanın Masaryk Universitetində növbəti işçi görüşü keçirilib.

Görüşdə Avropadan olan tərəfdaşlarla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), eləcə də ölkənin digər ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.

Təlimlərdə 4-cü İşçi Paketdə lider olan UNEC-dən Doktorantura şöbəsinin müdiri, dosent Həmid Həmidov və Beynəlxalq Əlaqələr Departamentinin mütəxəssisi Afət Ələkbərova doktorantların professional bacarıqlarının artırılması və inkişafı üzrə layihə çərçivəsində tövsiyyələr təqdim ediblər.

Eyni zamanda, layihə çərçivəsində aparılan Avropa və Azərbaycan ali təhsil müəssisələrinin birgə fəaliyyəti nəticəsində və AR Təhsil Nazirliyinin dəstəyi doktorantura təhsilinin təkmilləşdirilməsi məqsədi ilə yeni tədris ilindən başlayaraq doktorantura təhsilində yeni yanaşmaların tətbiq olunması, həmçinin, gənc tədqiqatçılar və onlara rəhbərlik edəcək professorlar (supervisor) arasında təhsil müqaviləsi (learning agreement) imzalanacağı nəzərdə tutulub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR