A

Finlandiya Milli Təhsil Agentliyinin Ali Təhsil üzrə beynəlmiləlləşmə xidmətləri üzrə proqram rəhbəri xanım Annika Sundbak-Lindros UNEC-də olub.

UNEC-də tətbiq edilən yeniliklərdən danışan Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımov Avropanın ən yaxşı universitetləri ilə ikili diplom proqramları haqqında məlumat verib. UNEC-in Finlandiya universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirərək, xüsusilə ikili diplom proqramlarının mümkünlüyündən bəhs edib.

UNEC-də həyata keçirilən yenilikləri yüksək qiymətləndirən xanım Annika Sundbak-Lindros Finlandiya universitetləri ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini artıracağını bildirib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün real əməkdaşlıq imkanları müzakirə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay