A

İtaliyanın Trento Universitetinin rektor köməkçisi Roberto Napoli UNEC-də olub.

Qonaq UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımov ilə görüşdə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti ilə əməkdaşlıqdan qürur duyduğunu bildirib. Görüşdə iki universitet arasında ikili diplom proqramına dair detallar üzərində fikir mübadiləsi aparılıb. Trento Universiteti və UNEC arasında imzalanacaq magistratura səviyyəsində ikili diplom proqramının bu əlaqələrin inkişafı üçün əlverişli şərait yaradacağına əminlik ifadə olunub. R.Napoli UNEC-in dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları sahəsində uğurlu təcrübəsini müşahidə etdiyini diqqətə çatdırıb. O, Trento Universitetinin regionda ikili diplom proqramı reallaşdırdığı yeganə universitetin UNEC olduğunu bildirib.

Görüşdə əməkdaşlığın gələcəkdə İnnovativ Biznes İnkubatoru və  Karyera Mərkəzinin fəaliyyətini də əhatə edəcəyi barədə müzakirələr aparılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR