A

UNEC magistrlərinə “Erasmus+” mübadilə proqramı çərçivəsində Litvada təhsil almaq imkanı təklif edilir.

Litvanın Mikolos Romeris Universitetində 2017-2018-ci tədris ilinin yaz semestrində təhsil almaq üçün UNEC-in bir magistr tələbəsinə təqaüd imkanı təkilf olunur.

Proqrama müraciət etmək üçün əsas şərtlər:

  1. UNEC-in I kurs magistri olmaq;
  2. İngilis dilində sərbəst danışmaq (C1 səviyyəsində);
  3. Bakalavr təhsili üzrə örta bal göstəricisi 91-dən yuxarı olmalıdır.

Tələb olunan sənədlər:

  1. Bakalavr pilləsi üzrə akademik trasnkript;
  2. İngilis dilini mənimsəmə səviyyəsini təsdiq edən sənəd (TOEFL və ya s.);
  3. Motivasiya məktubu (min. 150-max.250 söz);
  4. Magistraturada təhsil alması haqqında arayış;
  5. CV (ingilis dilində);
  6. Xarici pasportun sürəti.

*

Müraciət üçün son tarix: 1 dekabr, saat 17.00

Ünvan: İstiqlaliyyət küç., 6, UNEC-in əsas tədris binası, Beynəlxalq əlaqələr departamenti, 115-ci otaq.

Əlaqələndirici şəxs: Afət Ələkbərova

E-mail: 

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Telefon: 492 60 45

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay