A

UNEC-in əməkdaşları “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Hacettepe Universitetində olublar.

Mübadilə proqramında UNEC-in Ümumi işlər üzər prorektoru İlham Hüseynov və Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşı Pərvin Paşayeva iştirak edib. Hacettepe Universitetinin struktur rəhbərləri ilə görüşlərdə iki ali təhsil ocağı arasında qarşılıqlı əlaqələrinin inkişafı müzakirə edilib.

UNEC əməkdaşları Hacettepe Universitetinin Avropa İttifaqı Şöbəsi və “Mevlana” Proqramı Koordinatorluğunun fəaliyyəti ilə tanış olub, burada həyata keçirilən layihələrlə maraqlanıblar. Eyni zamanda, “Mevlana” mübadilə proqramı çərçivəsində Hacettepe Universitetində təhsil alan UNEC Biznes Məktəbinin magistri Fəridə Abbasova ilə görüşüblər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay