A

UNEC ilə Koreyanın Woosong Universiteti (Solbridje Beynəlxalq Biznes Məktəbi) arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində Tələbə Mübadilə Proqramı həyata keçirilir.

Proqramın şərtlərinə əsasən 2017/2018-cı tədris ilinin yaz semestrində UNEC-in 2 tələbəsinin Koreyada bir semestr təhsil alması nəzərdə tutulub.

Mübadilədə 75 baldan yuxarı və ingilis dilini sərbəst bilən II və III kurs tələbələri iştirak edib müvafiq fənlər üzrə kreditlər toplaya biləcəklər. Təhsil ödənişsizdir. Koreyada təhsil alacaq tələbələr yalnız yol və yaşayış xərclərini ödəyəcəklər.

Mübadilədə iştirak etmək istəyənlər aşağıdakı göstərilən sənədləri dekabrın 18-dək UNEC-in Beynəlxalq Əlaqələr Departamentinə təqdim edə bilərlər:

  1. CV (İngilis dilində);
  2. İngilis dilində niyyət məktubu (motivation letter);
  3. Akademik transkript (orta bal göstərməklə);
  4. Xarici passportun sürəti;
  5. Dil və digər bacarıqları təsdiq edən sənədlər-varsa (IELTS, TOEFL IBT və s.)

Əlaqələndirici şəxs: Afət Ələkbərova, Beynəlxalq Əlaqələr Departamenti, UNEC-in əsas tədris binası, İstiqlaliyyət, 6. 115-ci otaq. Telefon 012-492-60-45

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay