A

UNEC-in müəllimi Türkiyənin Süleyman Demirel Universitetində mühazirə oxuyub.

UNEC-in

“İqtisadiyyat və işlətmə”

kafedrasının baş müəllimi

Oqtay Quliyev

“Mevlana” mübadilə proqramı çərçivəsində Türkiyə Respublikasının Süleyman Demirel Universitetində (SDU) olub. O.Quliyev iki həftə davam edən mübadilə proqramında SDU-nun Biznesin təşkili və idarəedilməsi fakültəsinin tələbələrinə dərs deyib. O, “Marketinq tədqiqatları” və “Xidmət sahələrinin marketinqi” fənləri üzrə mühazirələr oxuyub.

Mübadilə proqramının sonunda Süleyman Demirel Universitetinin Mevlana Koordinatorluğu O.Quliyevə sertifikat təqdim edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay