A

UNEC-in müəllimlərinə Litvanın Mikolos Romeris Universitetində dərs demək imkanı təklif olunur.

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Erasmus+” Beynəlxalq Mübadilə Proqramı çərçivəsində UNEC-in müəllimlərinə Litvanın Mikolos Romeris Universitetində dərs demək təklif olunur. Proqram müəllimlərin yol və gündəlik xərclərini qarşılayır.

Mübadilədə iştirak etmək istəyən müəllimlər tədris edəcəkləri fənnin ingilis dilində sillabusunu, eləcə də CV və pasportlarını dekabrın 15-dən 20-dək UNEC-in Beynəlxalq Əlaqələr Departamentinə təqdim edə bilərlər.

Daha ətraflı məlumat üçün 

Beynəlxalq Əlaqələrlər Departamentinə

müraciət edə bilərsiniz: UNEC-in əsas tədris binası, 115-ci otaq. Telefon 492-60-45, Afət Ələkbərova.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay