UNEC bakalavrlara “Non-erasmus” proqramı vasitəsilə Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) yaz semestri üçün mübadilədə iştirak etmək imkanı verir. Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:
1.Bakalavr pilləsində təhsil almalı;
2.Minimum orta qiymət 90 (100 ballıq qiymətləndirmə sistemində) bal olmalı;
3.İngilis dilində əla qavrama, yazı və danışıq qabiliyyətinə sahib olmalıdırlar.
Tələb olunan sənədlər:
- Transkript (ÜOMG göstərilməklə);
- Tədris protokolu ( );
- İngilis dili biliyini təsdiq edən sənəd: arayış və ya seritifikat (TOEFL, IELTS);
- Xarici Pasportun surəti;
- Tələbə biletinin surəti;
- 3×4 şəkil – 2 ədəd.
Orta Doğu Teknik Universitetinin dərs kodlarını müvafiq fakültələr üzrə buradan əldə edə bilərsiniz:
http://feas.metu.edu.tr https://catalog.metu.edu.tr
Müraciət üçün son tarix: 25 dekabr 2017-ci il
Mübadilədə iştirak üçün təqaüd nəzərdə tutulmayıb. Tələbə yalnız yol və yaşayış xərclərini qarşılayacaq. Ətraflı məlumat üçün UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentində Pərvin Paşayevaya müraciət edə bilərsiniz. Telefon: (012) 492 60 45