A

UNEC ilə Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti (İZU) arasında telekörpü keçirilib.

Tərəflər təhsil sistemindəki müasir tendensiyaları müzakirə edib, yeni təhsil standartları barədə fikir mübadiləsi aparıblar. İZU-nun prorektoru, professor Arif Ersoy UNEC-in bu universitetə ezam edilən gənc müəllimləri ilə tanışlıqdan məmnunluğunu ifadə edərək, təcrübə mübadiləsinin hər iki ölkənin ali təhsil müəssisəsi üçün faydalı olacağını bildirib. O, UNEC-in gənc müəllimlərinin elmi potensialını yüksək qiymətləndirib.

Telekörpüdə aprel ayında UNEC, Türk Dünyası Araşdırmalar Vəqfi, Sabahattin Zaim Universiteti və Bandırma On Yedi Eylül Universitetinin təşkilatçılığı ilə keçiriləcək “XIV Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfrans”ından bəhs edilib. Gənc Müəllimlər Şurasının üzvlərinin ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasında iştirakının əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin İZU-nun Paris Sorbon Universiteti ilə reallaşdırdığı “E-pulun hüquqi çərçivəsinə dair Fransa nümunəsi” mövzusunda video konfransdan bəhs edilib, “UNEC ekspert” jurnalının kriptovalyutaya həsr olunan sonuncu buraxılışı müzakirə edilib. UNEC Gənc Müəllimlər Şurasının sədri Səbuhi Tanrıverdiyev jurnalda 27 ekspertin kriptovalyuta bazarının xüsusiyyətləri, mexanizmi, iqtisadi və hüquqi aspektlərini geniş təhlil etdiyini vurğulayıb. Professor A.Ersoy jurnalın növbəti sayında UNEC ekspertləri ilə birgə məqalələrlə çıxış etməklə maraqlı olduqlarını bildirib.

Telekörpü UNEC-in Gənc Müəllimlər Şurasının İZU-yə ezam edilən müəllimlərinin təşəbbüsü ilə reallaşıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR