A

UNEC-də “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində təşkil olunan Yaz Məktəbi davam edir.

“Sahibkarlıq və KOM: Biznesin əsasları” mövzusunda keçirilən Yaz Məktəbində UNEC və Almaniyanın Siegen Universitetinin magistrləri iştirak edir. Yaz Məktəbinə Siegen Universitenin professoru Petra Muq (Petra Moog) rəhbərlik edir. Mühazirəçi Berlin İqtisad və Hüquq Məktəbinin Sahibkarlıq, KOS və Ailə Biznesi İnstitutunun direktoru, professor Birgit Feldendir.

Yaz Məktəbində fotolenti təqdim edirik.

Qeyd: UNEC-lə Almaniyanın Siegen Universitetinin birgə layihəsi olan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amilləri” layihəsi 2016-cı ildə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) baş ofisinin müsabiqəsinin qalibi olub. Layihənin icra müddəti dörd ildir. Layihə çərçivəsində həm Almaniya, həm də Azərbaycanda professor-müəllim heyəti, gənc alim, eləcə də tələbələrin iştirakı ilə görüş və təlimlər təşkil edilir. Hər iki ölkədə yay və qış məktəbləri, müxtəlif seminarlar keçirilir. Eyni zamanda UNEC-in gənc alim və doktorantları üçün hər il Almaniyada bir aylıq tədqiqat imkanı yaradılır, Almaniyanın gənc alim-təqdiqatçıları isə Azərbaycanda elmi-tədqiqat aparırlar. Layihə çərçivəsində tələbələr Almaniya və Azərbaycanın müxtəlif şirkətlərində təcrübə keçmək imkanı da əldə edirlər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR