A

UNEC-in gənc müəllimləri Erasmus+ mübadilə proqramı çərçivəsində Türkiyənin Eskişehirdə yerləşən Anadolu Universitetində olublar.

Distant, qiyabi və əlavə təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev və “İqtisadiyyat və idarəetmə” kafedrasının müəllimi Məmməd Talıblı Anadolu Universitetinin İqtisadiyyat fakültəsinin tələbələrinə “Maliyyə siyasəti, faiz dərəcələri və bankçılıq”, “Fiskal siyasət, vergilər və dövlət maliyyəsi”, “Xarici ticarət siyasəti və rəqabət gücü” və “Dövlətin sosial siyasəti” mövzularında mühazirə oxuyublar. Eyni zamanda fakültənin professor-müəllim heyəti və magistrlərinə “Son illərdə Azərbaycanda dövlətin iqtisadi siyasətinin əsas istiqamətləri” barəsində seminar keçiblər.

UNEC-in müəllimləri Açıq öyrətim fakültəsinin işinin təşkili, Anadolu Universitetində “Açıq öyrətim” və “Distant təhsil”in reallaşdırılması istiqamətində universitetin müvafiq struktur rəhbərləri ilə görüşüblər. Görüşdə UNEC-lə Anadolu Universiteti arasında əlaqələrin inkişaf etdirilməsi, birgə tədqiqatların aparılması və layihələrin işlənilməsi imkanları da müzakirə olunub.

Proqram çərçivəsində UNEC-in gənc müəllimlərinin keçdiyi mühazirə və seminarlar Anadolu Universiteti tərəfindən yüksək qiymətləndirilərək, əməkdaşlığın bundan sonra da davam etdirilməsinin hər iki ali təhsil ocağı üçün əhəmiyyətli olacağı vurğulanıb. Sonda UNEC-in müəllimlərinə sertifikatlar təqdim olunub. və

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR