A

Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetinin (University of Applied Sciences Upper Austria) prezidenti Dr.Gerald Reisingerin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

Rektor, professor Ədalət Muradov qonaqlara UNEC-in inkişaf strategiyasının istiqamətlərindən söz açıb, dünyanın tanınmış universitetləri ilə həyata keçirilən ikili diplom proqramları barədə məlumat verib.

Görüşdə hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub, elm və təhsil sahəsində birgə layihələrin hazırlanmasının vacibliyi vurğulanıb. Tərəflər müəllim, bakalavr, magistr, doktorant və tədqiqatçıların mübadiləsi barədə müzakirələr aparıb, ortaq elmi araşdırma və birgə elmi nəşrlərin, o cümlədən seminar və konfransların təşkil edilməsi istiqamətində fikirlər səsləndiriblər.

UNEC-lə tanışlıqdan məmnunluğunu ifadə edən Dr.Gerald Reisinger hər iki universitetin pedaqoji heyətinin yüksək elmi potensialının birgə layihələrin hazırlanmasında böyük roy oynayacağını bildirib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR