A

UNEC-in müəllimləri mübadilə proqramında iştirak ediblər.

“İqtisadiyyat və işlətmə” kafedrasının müəllimləri Südabə Salihova, Turan Əhmədov və Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı Lalə Əkbərova “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Hacettepe Universitetində olub.

UNEC-in müəllimləri Hacettepe Universitetində statistika və maliyyə fənləri üzrə seminar və mühazirələr keçiblər. Proqram çərçivəsində müəllimlər ixtisaslarına uyğun müfaviq kafedraların təcrübələrini öyrənib, tədris sillabusları ilə tanış olub, professor-müəllim heyəti ilə tədrisin keyfiyyətinin daha da artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Lalə Ələkbərova isə Hacettepe Universitetinin beynəlxalq əlaqələri sahəsində təcrübəsini araşdırıb. O, Erasmus+ proqramı çərçivəsində fəaliyyətin effektivliyinin artırılması, o cümlədən universitetə əcnəbi tələbələrin cəlb olunması istiqamətində həmkarlarının təcrübəsini öyrənib. Eyni zamanda birgə layihələrin hazırlanması, yay və qış məktəblərinin təşkili ilə bağlı müzakirələr aparıb.

UNEC-in “Beynəlxalq münasibətlər” kafedrasının müdiri Ramin Qurbanov isə Mövlana mübadilə proqramının iştirakçısı olub. O, Türkiyənin Akdeniz Universitetinin tələbələrinə siyasi tarix, magistrlərinə isə “Beynəlxalq münasibətlərdə Balkanlar” fənlərinin proqrama uyğun mühazirə və seminarlar keçib. UNEC müəlliminin dərsləri Akdeniz Universitetinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Mübadilə proqramının sonunda R.Qurbanova sertifikat təqdim olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR