A

UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi Günay Quliyeva “Erasmus+” beynəlxalq mübadilə proqramı çərçivəsində Rumıniya Respublikasının Piteşti Universitetində olub.

G.Quliyeva “Azərbaycan İqtisadiyyatı” fənni üzrə “Müasir Azərbaycan iqtisadiyyatının formalaşması mərhələləri”, “Azərbaycanda xarici investisiyalar və investisiya potensialı” mövzusunda bakalavrlara mühazirələr oxuyub.

UNEC-in müəllimi səfər çərçivəsində Piteşti Universitetində keçirilən Erasmus həftəsi və 9 may Avropa gününə həsr edilən tədbirlərdə iştirak edib. G.Quliyeva tədbirə qatılan dünyanın qabaqcıl ali təhsil müəssisələrinin nümayəndələrinə UNEC barədə ətraflı məlumat verib, tətbiq edilən yeniliklərdən danışıb. Onlar regionun ən böyük iqtisadyönümlü universiteti olan UNEC-lə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR