A

Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin müəllim və tələbələri UNEC-də olub.

UNEC ilə Makedoniyanın Beynəlxalq Vizyon Universiteti arasında akademik əməkdaşlıq haqqında imzalanan müqaviləyə əsasən həyata keçirilən səfər çərçivəsində qonaqlar Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Tədris prosesində iştirak etməklə yanaşı, Beynəlxalq Vizyon Universitetinin dosenti Dr.Osman Emin UNEC-də “İş psixologiyası” mövzusunda elmi seminar keçib. Makedoniyalı tələbələr isə dərslərdə müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər.

Qonaqlar həmçinin Azərbaycan xalqının tarixi, adət-ənənələri və milli mətbəxi ilə tanış olublar.

Əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin akademik heyəti və magistrlərinin Makedoniyanın Beynəlxalq Vizyon Universitetinə səfəri planlaşdırılır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay