A

Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetininin rektoru, professor Vladimir Aleksandroviç Onişenkonun rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Anar Rzayevlə görüşdə professor V.A.Onişenko Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. UNEC-də ikinci dəfə olduğunu vurğulayan rektor hər səfərində burada növbəti yeniliyin şahidi olduğunu xüsusi qeyd edib.

Görüşün sonunda UNEC ilə Poltava Milli Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədə əsasən, tərəflər müəllim, tələbə, tədqiqatçı və inzibati heyətin mübadiləsini həyata keçirəcək, o cümlədən ortaq elmi tədqiqatlar aparacaq, birgə elmi seminar və konfranslar təşkil edəcəklər.

Səfər çərçivəsində nümayəndə heyəti UNEC-in Rus İqtisad Məktəbində də olub. Məktəbin fəaliyyəti tanışlıqdan və tələbələrlə görüşdən sonra hər iki universitetin pedaqoji heyəti birgə dəyirmi masada iştirak ediblər. Dəyirmi masada qlobal dünyada müasir təhsil trendləri müzakirə olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR