A

UNEC-də TS EN ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi (KİS) üzrə beynəlxalq təlim keçirilib.

Türk Standartları İnstitutunun baş auditoru Teyfik Bıyıklının keçdiyi təlimlər KİS yeni 9001:2015 standartının təsdiq edilməsi ilə bağlı olub. 4 gün davam edən təlimlərdə UNEC-in müvafiq strukturlarından ibarət işçi qrupu iştirak edib. İşçi qrupuna İSO standartındakı dəyişikliklər barədə ətraflı məlumat verilib, yeni tətbiq olunan maddələr onların diqqətinə çatdırılıb.

Təlimin nəticələrinə uyğun olaraq iştirakçılara KİS üzrə beynəlxalq auditor sertifikatı təqdim ediləcək.

Qeyd: UNEC respublika ali təhsil müəssisələri arasında TS EN ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi üzrə sertifikat alan ilk dövlət ali təhsil müəssisəsidir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay