A

Pakistanın Malakand Universitetinin rektoru, professor Gül Zaman UNEC-də olub.

UNEC-un rektoru, professor Ədalət Muradovla görüşdə pakistanlı qonağa universitetin beynəlxalq əlaqələri, mübadilə və ikili diplom proqramları, tədris prosesi haqqında ətraflı məlumat verilib. Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində olmaqdan məmnunluğunu ifadə edən professor G.Zaman UNEC-lə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.

Görüşdə hər iki universitet arasında tələbə-müəllim mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması istiqamətində əməkdaşlıq müzakirə edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay