A

UNEC-in əməkdaşları Erasmus+ proqramı çərçivəsində Slovakiyanın Pan European Universitetində mübadilədə iştirak ediblər.

Proqram çərçivəsində UNEC-in əməkdaşları Nəvai Əliyev, Günel Əhmədova və Aysel Musayeva Pan European universitetinin infrastrukturu və tədris prosesinin təşkili ilə tanış olublar. Pan European Universitetinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Slavomir Rudenko ilə keçirilən görüşdə UNEC-in beynəlxalq əlaqələri və bu istiqamətdə əldə olunan uğurlardan bəhs olunub, hər ki universitet arasında Erasmus+ proqramın KA1 və KA2 istiqamətləri üzrə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi müzakirə olunub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay