A

UNEC-in Xarici ticarətə dəstək mərkəzində BƏƏ səfirinin rəhbərliyi altında nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubaisi, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı missiyasının rəhbəri Əl-Şəmsi Abdulla, UNEC-in Xarici Ticarətə Dəstək mərkəzinin sədr müavinləri, prof. İrşad Kərimli, prof. Arif Şəkərəliyev, Magistratura mərkəzinin müdiri, prof. Qabil Manafov, İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev, Mərkəzin işçi qrupunun üzvləri, dosent Elnur İsayev, dosent Vildan Rzayeva və digərləri iştirak ediblər.

Görüşü giriş sözü ilə Mərkəzin sədr müavini, prof. İ.Kərimli açaraq, ölkənin xarici ticarət imkanları haqqında qonaqlara ətraflı məlumat vermişdir. Qeyd edildi ki, görüşün məqsədi Azərbaycan iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritərlərində nəzərdə tutulmuş xarici ölkə investorlarının ölkənin emal sənayesi və kənd təsərrüfatı sahələri üzrə investisiya imkanları haqqında ətraflı məlumat təqdim etmək, sərmayələrin səmərəli təşviqini müzakirə etməkdir.

Həmçinin, bu cür görüşlərin keçirilməsi Azərbaycanın xarici ticarətinin coğrafiyasının genişləndirilməsi imkanları haqqında informasiya bazasının gücləndirilməsinə xidmət edir.

Müzakirələr nəticəsində, xarici ölkələrə ixrac missiyalarının genişləndirilməsi həmin ölkələrdə ticarət evlərinin açılması imkanları və perspektivləri, investisiyaların və ixracın təşviqinin gücləndirilməsi, sərgilərin, yarmarkaların keçirilməsi sahələrində işi daha səmərəli həyata keçirmək məqsədi ilə UNEC-in rektoru, Xarici Ticarətə Dəstək mərkəzinin rəhbəri, prof. Ədalət Muradova təqdim edilmək üçün təkliflər hazırlandı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay