A

ABŞ-ın ölkəmizdəki səfirliyinin iqtisadiyyat departamentinin rəhbəri Jastin Berq UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində qonaq məruzəçi qismində çıxış etmişdir.

Mövzusu “Amerika- Azərbaycan iqtisadi münasibətləri və prioritetlər” olan məruzə interaktiv şəraitdə keçmiş, dünya iqtisadiyyatında baş verən yeni trendlər müzakirə mövzusu olmuşdur.

Qeyd edək ki, Corctaun (Georgetown) universitetinin məzunu olan Jastin Berq ABŞ-ın Xarici Əlaqələr üzrə Xidmət Ofisində fəaliyyət göstərmişdir. Azərbaycandan əvvəl o Moskva, Buxarest, Riqa, Qvatemalada əlaqədar vəzifələrdə çalışmışdır. Ümumilikdə Jastin Berqlə görüş tələbələr üçün çox maraqlı olmuş və seminar müxtəlif mövzularda qarşılıqlı müzakirələr ilə yadda qalmışdır. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR