A

Əsas hədəfi yüksək ixtisaslı kadrlar hazırlamaq olan UNEC bu məqsədlə daim dünyanın aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirir, ən yaxşı tədris və təlim texnologiyalarını tətbiq edir.

Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində UNEC ilə Türkiyə universitetləri arasında ikitərəfli əlaqələrin inkişafına töhfə vermək, akademik və inzibati əməkdaşlığı dərinləşdirmək, ən yaxşı təcrübələrin mübadiləsi məqsədi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim heyətindən ibarət nümayəndə heyətinin qonşu ölkənin öndə olan ali təhsil müəssisələrinə səfəri təşkil edilmişdir.

4 fevral tarixindən etibarən start götürmüş səfərlər çərçivəsində professor-müəllim heyətimiz Sakarya Universitetində (Sakarya şəhəri), Ankara Universitetində, Hacettepe Universitetində (Ankara şəhəri), Niğde Ömer Halisdemir Universitetində (Niğde şəhəri), Boğaziçi Universitetində, Koç Universitetində (İstanbul şəhəri) təlim-tədris, həmçinin, inzibati proseslərlə yaxından tanış olacaqlar.  

Ən geniş beynəlxalq əməkdaşlıq şəbəkəsi olan ali təhsil müəssisələrindən olan UNEC tələbələr və müəllimlər üçün bu mənada cəlbedici imkanlar yaradır. Avropa universitetləri ilə “Erasmus+”, Türkiyə universitetləri ilə “Mevlana” mübadilə proqramlarından tələbələrimiz maksimum yararlanmaq imkanına sahibdirlər. Mübadilədə iştirak edən tələbələrin xərcləri proqram tərəfindən qarşılanır. Digər tərəfdən, Avropanın iqtisadyönümlü ən nüfuzlu ali təhsil ocaqlarından biri olan London Universiteti/London İqtisadiyyat Məktəbi ilə əməkdaşlıq çərçivəsində bu universitetin diplomunu UNEC-də əldə etmək mümkündür. Həmçinin, Fransanın nüfuzlu Monpelye Universiteti ilə həyata keçirilən ikili diplom proqramına uyğun olaraq tələbələrimiz 4 illik təhsilin bir ilini Fransada alaraq, həm UNEC, həm də Monpelye Universitetinin diplomunu əldə edə bilirlər. Əməkdaşlıq etdiyimiz dünyanın aparıcı ali təhsil ocaqları sırasına Litvanın Mykolas Romeris Universiteti, ABŞ-ın nüfuzlu Linkoln Universiteti və digərləri daxildir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay