A

UNEC-in təlim və tədris işləri üzrə inzibati heyəti 4-8 fevral 2019-cu il tarixlərində Türkiyənin nüfuzlu universitetlərindən olan Hacettepe Universitetinə səfər etmişdir.

Səfər zamanı Hacettepe Universitetinin Maliyyə, Biznesin idarəedilməsi, İqtisadiyyat, Səhiyyənin idarəediməsi, Sosial xidmətlər, Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarının proessor-müəllim heyəti, ixtisas rəhbərləri, kafedra müdirləri və fakültə dekanları ilə qarşılıqlı əlaqələrinin inkişafı istiqamətində görüşlər keçirilmişdir.

Görüşlər zamanı ixtisaslar üzrə tədris proqramlarının tərtibi və təkmilləşdilməsi mexanizmi, müəllim seçim imkanlarının təmin edilməsi üçün dərs cədvəllərinin tərtibatı qaydaları, fərdi tədris planlarının (FTP) tərtibi və professor-müəllim heyətinin dərs yüklərinin elektron universitet sistemi vasitəsi ilə formalaşdırılması və tələbə şöbəsinin işləmə prinsipləri, imtahanların təşkili forması və prosedurları və s. bu kimi tədris prosesinin müxtəlif mərhələləri Hacettepe Universitetinin müvafiq struktur bölmələrinin nümayəndələri ilə müzakirə edilmişdir. Müzakirə olunan digər məsələlər arasında tədqiqat mərkəzlərinin iş prinsipləri, onların iş dünyası ilə əlaqələri, onlar tərəfindən iş dünyasına təklif olunan proqramların məzmunu, universitetin  tədqiqat sahəsindəki nailiyyətləri, nüfuzlu jurnallardakı elmi məqalələrinin yazılması və onların hazırlanmasında professor-müəllim heyətinin stimullaşdırılması yolları xüsusi yer tutmuşdur.

Hacettepe Universitetinin rektoru  prof. Haluk Özen və rektor köməkçiləri ilə görüş zamanı isə iki universitet arasındakı ikili diplom proqramlarının perspektivləri geniş müzakirə olunmuşdur. Yunus Emre proqramı çərçivəsində professor-müəllim heyətinin mübadiləsi, tədris proqramları və sillabuslarının birgə istifadə olunması məsələlərində də ilkin razılıq əldə olunmuşdur. Eyni zamanda UNEC doktorantlarının Hacettepe Universitetində bir semestrlik mübadilə proqramında iştirakı üçün lazımı şəraitin yaradılması haqqında razılıq əldə olunmuşdur.

Sonda o da qeyd olunmalıdır ki, Hacettepe Universiteti fakültələrinin inzibati strukturu, xüsusilə ilə də ixtisas rəhbərlərinin (bölüm başkanı) və kafedraların (anabilim dalı) iş prinsipi, keyfiyyət təminatı sistemi və digər tədris yönümlü bir çox məsələlərin geniş müzakirəsi bu sahədəki təcrübənin mənimsənilməsində və tətbiqində faydalı olacaqdır.  

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay