A

UNEC aparıcı xarici universitetlərin təcrübəsini araşdırmaq üçün mütəmadi olaraq layihələr həyata keçirir. Bu dəfə struktur bölmələrinin rəhbərləri Türkiyənin Ankara Universitetində səfərdə olmuşlar.

Ekspertiza və standartlaşdırma fakültəsinin dekanı, dosent Tofiq Osmanov, Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov və “Qida məhsullarının texnologiyası” kafedrasının müdiri, dosent Mehriban Məhərrəmova səfər çərçivəsində Ankara Universitetinin “Mühəndislik” fakültəsinin nəzdində olan “Qida mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Geofizika mühəndisliyi”, “Biotibbi mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarının maddi-texniki bazası, tədris, elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanış olmuşlar.

“Mühəndislik” fakültəsinin dekanı Prof. Dr. Aziz Tekin, “Kompüter mühəndisliyi” ixtisasının rəhbəri Prof. Dr. Refik Samet, “Geofizika mühəndisliyi” ixtisasının rəhbəri Prof. Dr. M.Emin Candansayar, “Qida mühəndisliyi” kafedrasının müdiri Doç. Dr. Şeref Tağı ilə görüşən UNEC nümayəndələri tədris plan və proqramları, eləcə də Ankara Universitetinin Texnoparkı ilə tanış olmuş, fakültədə tədris işinin təşkili, iş bölgüsü və katibliyin fəaliyyəti haqqında məlumat əldə etmişlər.

Eyni zamanda, görüşdə UNEC-in “Qida məhsulları mühəndisliyi” ixtisası və Ankara Universitetinin “Qida mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramlarının perspektivləri, universitetimizin müəllimlərinin, texniki və texnoloji ixtisaslar üzrə təhsil alan tələbələrinin “Mevlanə” mübadilə proqramında iştirak imkanları ətrafında geniş müzakirələr aparıldı.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR