UNEC Banqkokda (Tailand) 28-29 iyun 2019-cu il tarixində keçiriləcək Sosial Biznes Günündə (Sosial Business Day) iştiraka dəvət edilmişdir.
Tədbir Banqladeşdə yerləşən “Yunus” Mərkəzi, Asiya Texnologiya İnstitutu və Kasetsart Universiteti (Tailand) tərəfindən təşkil edilir.
Ənənəvi olaraq hər il keçirilən tədbirdə beynəlxalq sosial bzines şəbəkəsinin təmsilçiləri ikitərəfli və çoxtərəfli dialoq məqsədi ilə görüşlər, təcrübə mübadiləsi aparırlar. Bu il tədbir “Making Money is Happinesss, Making Other People Happy is Super Happiness” şüarı altında keçiriləcək.
2019-cu ilin noyabr ayında “Social Business Academia” konfransının keçirilməsi nəzərdə tutulub.