A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi və ticarət siyasətinə dəstək” mövzusuna həsr olunan tədbir keçirilib.

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə ÜTT-nin texniki yardım və koordinasiya şöbəsinin rəhbəri Dr.Martin və universitetin professor-müəllim heyəti iştirak edib.

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Sənnur Əliyev bildirib ki, Azərbaycanın ÜTT-yə üzvlük prosesinə və ticarət siyasətinə dəstək olmaq məqsədilə universitetdə dövlət qurumlarının nümayəndələrinin və Dr.Martin Smitzin iştirakı ilə seminar və dəyirmi masalar təşkil olunub, müzakirələr aparılıb.

UNEC-də olmaqdan məmnunluğunu ifadə edən Dr.Martin Smitz universitetdə 3 gün ərzində çox səmərəli işgüzar görüşlərin keçirildiyini diqqətə çatdırıb. Aparılan müzakirələri, eləcə də universitetin professor-müəllim heyəti ilə görüşü Azərbaycanın ÜTT-yə üzvlüyünün sürətləndirilməsi istiqamətində müsbət addım kimi dəyərləndirib. Azərbaycanın təşkilata 1997-ci ildən üzvlüklə bağlı müraciət etdiyini vurğulayan məruzəçi, üzvlük prosesi ilə bağlı ikitərəfli, həm də çoxtərəfli danışıqların uğurla davam etdiyini, həmçinin, milli qanunvericiliyin ÜTT-nin müvafiq sazişlərinin tələblərinə uyğunlaşdırılması istiqamətində işlərin aparıldığını qeyd edib. Təşkilat rəsmisi ÜTT-nin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.

Tədbirdə professor və müəllimlərin ÜTT-yə üzvlüyün əhəmiyyəti barədə suallarını cavablandıran qonaq bu əməkdaşlığın dünya ölkələri ilə daha sıx ticarət əlaqələrinin qurulmasına, yeni bazarlara çıxış imkanı əldə olunmasına, daxili bazarın libarallaşdırılmasına, məhsulun rəqabətqabiliyyətliliyinin artırılmasına, eləcə də qlobal dəyərlər zəncirinə qoşulmağa, xarici investisiyaların cəlb olunmasına və digər müsbət iqtisadi amillərə xidmət etdiyini bildirib.

Qeyd edək ki, 3 gün ərzində davam edən beynəlxalq seminarlarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, M aliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Dövlət Gömrük Komitəsinin Akademiyası və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR